“Ağ qızıl” müəmması - VİDEO

“Ağ qızıl” müəmması - VİDEO
Pambıq əkini ilə məşğul olan özəl şirkət Real TV-yə açıqlama verdi

Təkcə bu ay ərzində bir neçə bölgədə pambıq tarlalarında çalışan işçilərin zəhərlənmə şübhəsi ilə xəstəxanalara yerləşdirilməsi xəbərlərini aldıq.

Bir-birinin ardinca baş verən hadisələr gündəmi zəbt etdi. Zəhərlənmələrə səbəb nədir? Təhlükəsizlik qaydalarina riayət edilməməsi, yoxsa pambıq tarlalarına səpilən aqrokimyəvi dərmanların tərkibi və ya düzgün istifadə edilməməsi? 

Hadisə yerində araşdırmalar aparan Kənd Təsərrüfati Nazirliyindən pambıq tarlalarındakı hadisələrin özəl şirkətlərə aid iş sahələrində baş verdiyini söyləyirlər.

Bir fakti deyək. 130 min hektar pambıq əkini ilə şirkətlər məşğul olur. Orada baş verən hadisələrin məsuliyyətini də özəl şirkətlər daşıyır. Kənd Təsərrüfatı Nazirliyi özəl şirkətlərin işinə qarışa bilmir. Sadəcə onlara tövsiyyə verə bilir.

Əldə etdiyimiz məlumata görə, zəhərlənmə şübhəsinin yarandığı iş sahələrindən bir neçəsi MKT İstehsalat Kommersiya MMC-yə aiddir. Bu şirkət fermerlərlə pambıq xammalının əkilməsi ilə əlaqədar müqavilə əsasında işləyir, pambıq əkinini təşkil edir, pambıq xammalını tədarük edir, onun pambıqtəmizləmə müəssisələrində emalını həyata keçirir və hazır məhsulun satışını təşkil edir.

Pambıq sahələrinin dərmanlanması üçün lazim olan aqrokimyəvi dərmanlari da özü gətirdir. Dərmanlanmaya da nəzarəti öz aqranomu həyata keçirir.

Şirkətin icraçı direktoru Eldəniz Quliyev REAL-a açıqlamasında İmişlidə baş verən hadisənin MKT İstehsalat Kommersiya MMC-nin innovasiya sahəsində qeydə alındığını gizlətmədi. 

Bu sahədə işçilər şirkətin müqavilə bağladığı sahibkar tərəfindən seçilib və sahəyə çıxarılıb. Şirkətlə sahibkar arasında bağlanmış müqaviləyə əsasən, sahibkar işçilərin təhlükəsizliyinə, iş prosesindəki təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir. 

Saatlı rayonundakı hadisələrin baş verdiyi pambıq tarlalarının da MKT İstehsalat Kommersiya MMC-yə aidiyyatı var. Belə ki, şirkət sahibkarlarla pambığın alınması barədə müqavilə bağlayıb və işlər bu müqavilə əsasında həyata keçirilir. 

O ki qaldı tarlalarda istifadə olunan pestisitlərə, MKT İstehsalat Kommersiya MMC onları Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətdən alır. Zəhərlənmə şübhələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaq çərçivəsində həmin şirkətlərin siyahısı götürülüb və onlar istintaqa cəlb ediliblər.

MKT İstehsalat Kommersiya MMC-nin baş icraçı direktoru Eldəniz Quliyev istintaq getdiyindən bu barədə ətraflı danışmaq istəmədi.

İmişli, Tərtər və Saatlı rayonlarındakı pambıq tarlalarında baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır.

Xatırladaq ki, iyunun 10-da Saatlıda pambıq sahəsində çalışan 20 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara yerləşdirilib. İyunun 17-də Tərtərdə 14, iyunun 19-da isə İmişlidə 141 nəfər xəstəxanaya müraciət etmişdir.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə