Türkiyə ordusu strateji yüksəkliyi terrorçulardan təmizlədi - FOTO

Türkiyə ordusu strateji yüksəkliyi terrorçulardan təmizlədi - FOTO
Ələ keçirilən və terrorçulardan təmizlənən ərazilərdə 20-dən artıq hərbi baza yaradılıb

Türkiyə Silahlı Qüvvələri İraqda həyata keçirdiyi antiterror əməliyyatlarında xüsusi təyinatlı qüvvələr İran sərhədinə doğru irəliləməyə başlayıb.

REAL xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Xəbərə görə, Türk ordusu PKK terrorçularını Qəndildən təmizləmək üçün əməliyyatların miqyasını daha da genişləndirib.

Xüsusi təyinatlı qüvvələr İran sərhədlərinə doğru hərəkət edərək sərhəddə yerləşən strateji əhəmiyyətə malik Şekif dağında nəzarəti ələ alıb.

Bunun nəticəsində terrorçuların Qəndil ilə əlaqələri demək olar ki, kəsilib.

Ələ keçirilən və terrorçulardan təmizlənən ərazilərdə 20-dən artıq hərbi baza yaradılıb.

Digər xəbərlər
Bugün
Dünən
17 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə