Türkiyə XİN başçısı: Məni Elmar Məmmədyarovla səhv salırlar

Türkiyə XİN başçısı: Məni Elmar Məmmədyarovla səhv salırlar
Mövlud Çavuşoğlu: Əvvəllcə elə bilirdim ki, türk olduğum üçün bu sualı verirlər

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi səhv salırlar”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xarici ölkələrdən olan həmkarları ilə münasibətindən danışarkən bildirib.

“Toplantılarda mənə Azərbaycan barədə suallar verəndə əvvəl türk olduğum üçün soruşduqlarını zənn etdim. Heç demə Elmarla məni qarışdırıblar”, - deyə Elmar Məmmədyarov qeyd edib.

Çavuşoğlu da deyib ki, Məmmədyarovu da hərdən onunla qarışdırırlar.

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi qarışdırırlar. Toplantılarda Azərbaycana aid suallar verirlər. Əvvəllcə elə bilirdim ki, türk olduğum üçün bu sualı verirlər. Ancaq sonra da Elmarla qarışdırıldığımı bildim. Ona da təyyarədə Türkiyə ilə bağlı suallar verirblər, - Türkiyə XİN başçısı qeyd edib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə