Əli Əhmədov: “Təhsil islahatları dərinləşməkdə davam edir”

Əli Əhmədov: “Təhsil islahatları dərinləşməkdə davam edir”
“Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib hissəsinə çevrilməlidir”

"Son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir".

REAL-ın  xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov Təhsil Nazirliyinin hesabat tədbirində çıxışı zamanı deyib.

Əli Əhmədov qeyd edib ki, Azərbaycanda dərin islahatlar həyata keçirilir: "İqtisadiyyatdan tutmuş digər sahələrə kimi biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır. Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib hissəsinə çevrilməlidir. Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatın daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır".

Digər xəbərlər
Bugün
Dünən
17 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə