Xaricə üz tutan üzsüzlər - VİDEO

Xaricə üz tutan üzsüzlər - VİDEO
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov diaspor təşkilatlarımız, Avropada azərbaycanlıların vəziyyətindən danışıb

Avropa Azərbaycanlıları Konqresi 60-dək ölkədə 130-a qədər Azərbaycan təşkilatlarının birliyidir. Konqresin mərkəzi Brüsseldə yerləşir. Bunu REAL-a müsahibəsində Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov bildirib. Onun sözlərinə görə, Konqresdə milyonlarla azərbaycanlı birləşib. 

Sahil Qasımov Azərbaycan və erməni disporu arasında müqayisə aparıb. O, bildirib ki, erməni diasporunun yüz illiklərlə tarixi var. Azərbaycan diasporu isə 15-20 il ərzində böyük yol qət edib və qısa müddətdə hazırkı səviyyəyə çatması uğurdur.

Konqres rəhbəri deyib ki, Avropada yaşayan azərbaycanlılar arasında siyasi yolla miqrasiya etmiş insanlar da var və onların heç də hamısı radikal deyil: “Müxalifətçilərlə radikal qrupları qarışdırmayaq. Müxalifyğnlü şəxslər 25-30 ildir orada yaşayırlar və heç bir fəaliyyətləri ilə Azərbaycana ziyan vurmurlar. Onlar da 20 Yanvar qırğını, Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqırımının ildönümlərini keçirirlər, onlar da milli bayramlarımızı qeyd edirlər”. 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə