“Təhsil haqqında” qanuna daha iki dəyişiklik ediləcək - VİDEO

 “Təhsil haqqında” qanuna daha iki dəyişiklik ediləcək - VİDEO
Təhsil naziri: “Qəbul imtahanlarının yeni modeli üzərində iş gedir”

İyunun 21-də Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib. REAL xəbər verir ki, tədbirdə baş nazirin müavini Əli Əhmədov, Prezidnet Administrasiyasının huimanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri və s. İştirak ediblər. 

Təhsil naziri Ceyhun Bayramov “Təhsil sistemi- vəzifələr və hədəflər” mövzusunda təqdimatla çıxış edib. Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımından vacib amil olduğunu vurğulayan nazir bunun üçün ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrdən və gələcək planlardan danışıb.

Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhlsil sahəsində müsbət dinamika müşahisə olunub, 5 il bundan əvvəllə müqayisədə bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyhyətlərin həm əhatəliyin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini deyən nazir təhsilimizin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb. 

Ceyhun Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıqda iş aparılır. 

“Təhsil haqqında” qanuna edilən dəyişiklikləri diqqətə çatdıran nazir ali təhsil müəssisələrinə qəbul üzrə əsasən iki dəyişikliyin nəzərdə tutulduğunu vurğulayıb. Həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunjan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadalarının qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır. 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə