“A” qrupunda intriqa öldü - VİDEO

“A” qrupunda intriqa öldü - VİDEO
Uruqvay 1 - 0 Səudiyyə Ərəbistanı

Rusiyada keçirilən mundialda Ey qrupunun növbəti matçı Uruqvay və Səudiyyə Ərəbistanı komandaları arasında baş tutub. İlk turda Rusiya millisinə böyük hesabla uduzmuş ərəblər bu dəfə Uruqvayla bacara bilməyiblər. Oyun ərzində rəqibindən daha yaxşı təsir bağışlayan latın amerikalılar 23-cü dəqiqədə hesabı açıblar. Luis Suarez qapını dəqiq nişan alıb: 1-0. 

Birinci hissəni minimal hesablı üstünlüklə başa vurmuş Uruqvay fasilədən sonra da hücumlarını davam etdirib. Bir neçə epizodda Edinson Kavanı fərqlənmək üçün əla imkan yaxalasa da bundan yararlana bilməyib. Nəticədə qarşılaşma Uruqvay seçməsinin 1-0 hesablı zəfəri ilə yekunlaşıb. 

2-ci turdan sonra bu qrupda pley-off mərhələsinin iştirakçılarının adlarına aydınlıq gəlib. Bu Rusiya və Uruqvay kollektivləridir. Misir və Səudiyyə Ərəbistanı komandaları arasında təşkil olunacaq görüş isə formal xarakter daşıyacaq.
 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə