Gədəbəyin ucqar kəndlərinə qaz verildi - VİDEO

Gədəbəyin ucqar kəndlərinə qaz verildi - VİDEO
Ermənistanla sərhəddə yerləşən 7 kənd qazla təmin olub

Bu il Gədəbəyin Şınıx bölgəsində 7 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Qalan 19 yaşayış məntəqəsinin də mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur. Bu sözləri REAL-a açıqlamasında “Azəriqaz" İstehsalat Birliyinin yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib. Onun sözlərinə görə qazlaşdirilan kəndlər - Kollu, Düz Rəsullu, Gərməşöylü, Hüseyqulular, Rəhimli, Təkyemişan Ermənistanla sərhəddə yerləşir və çox çətin relyefə malikdir. Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə qaz boruları əl əməyi ilə həmin ərazilərə daşınıb. 

Hazırda bölgənin 13 kəndində tikinti quraşdırma işləri aparılır. İlkin mərhələdə Zamanlı, Arabaçı, Fərzalı, Çay Rəsullu, İsalı və Göyəlli, kəndlərinin qazlaşdırılması üçün bu ilin aprel ayının əvvəlindən həmin əraziyə boruların və digər mal-materialların daşınmasına və qazlaşdırma işlərinə başlanılıb. Artıq sözügedən ərazidə işlərin xeyli hissəsi yekunlaşıb. Yaşayış məntəqələrinin əksəriyyətində sayğac quraşdırma işləri aparılıb. 

Gədəbəyin ən ucqar bölgələrinə qazın çəkilməsi burada insanların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı ekologiyanin qorunmasına da xidmət edir. Burada söhbət ağacların kəsilməməsindən gedir. 
Bundan əlavə, Gədəbəy rayonun Çaldaş və Səbətkeçməz kəndlərinin də ilin sonuna qədər qazlaşdırılması nəzərdə tutulub.
 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə