Səhiyyə Nazirliyindən İmişlidəki hadisə ilə bağlı açıqlama - VİDEO

Səhiyyə Nazirliyindən İmişlidəki hadisə ilə bağlı açıqlama - VİDEO
Xəstəxanaya 141 nəfər müraciət edib

İmişli rayonunda pambıq tarlasında baş verən hadisə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib.

Bu barədə REAL-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Müraciət edənlərin əksəriyyətinə ambulator yardım göstərildikdən sonra evə buraxılıblar: "Hazırda xəstəxanada 12 nəfər qalıb. Onların da vəziyyətləri normaldır, özlərini yaxşı hiss edirlər. Elələri var idi ki, narahat idilər ki, birdən onlarda zəhərlənmə olar. O məqsədlə 141 nəfər müraciət edib və hamısına yardım göstərilib. Məsləhət olanlar xəstəxanada saxlanılıb, qalanı evə buraxılıb. Həmin şəxslər də yəqin ki, tezliklə evə buraxılacaq".

Qeyd edək ki, iyunun 19-da İmişli rayonunda pambıq tarlasında işləyən işçilərin bəziləri zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət ediblər. Hadisədən sonra kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə böyük nümayəndə heyəti hadisə yerinə ezam olunub. Nazir məsələ ilə bağlı araşdırılma aparıldığını bildirib. 

Xəstəxanalara müraciət edənlərdən nümunələr götürülüb və araşdırmalar bitdikdən sonra müayinələrin nəticəsi açıqlanacaq.

Xatırladaq ki, bir neçə gün öncə analoji hadisə Saatlı və Tərtər rayonlarında da baş vermişdi.
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə