“Günay bank” ətrafında qalmaqal - VİDEO

“Günay bank” ətrafında qalmaqal - VİDEO
Əmanətçilərin pulları oğurlanıb

“Günay Bank”-ın idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin 100 milyon manata yaxın vəsaitini götürərək ölkədən qaçıb.

Bu barədə haqqın.az saytı məlumat yayıb. Saytın yazdığına görə, o qanunsuz pul dövriyyəsi üçün xüsusi bir plan qurmaqla milyon manatları dövriyyəyə buraxıb. Hətta xarici valyuta bazarında əmanətçilərin vəsaiti hesabına pul əməliyyatları aparıb.

Yazıda qeyd olunub ki, Emin Zeynalovun qanunsuz əməlləri ilə bağlı redaksiyaya məktub da daxil olub. Məktubda Emin Zeynalovun bankın filiallarında pulları nağd şəkildə qəbul etməsi, avro, dinar və digər valyuta monopoliyasının onun əlində olması qeyd olunub.
İddiaya görə, Emin Zeynalovun aldatdığı şəxlərin sayı 30 nəfərdən çoxdur. Adının çəkilməyini istəməyən zərərçəkmiş məktubunda baş verənlərı yaxşı qurulmuş bir tamaşa adlandırıb: “Necə ola bilər ki, il ərzində bankın hesablarına milyonlar daxil olur, komissiya haqları ödənilir və bankın İdarə heyətinin bundan xəbəri olmur?”

Emin Zeynalovun vəsaitləri götürərək ölkədən qaçması ilə bağlı xəbərin ardından “Günay Bank” müşahidə şurasının sədri Mahmud Məmmədov açıqlama verərək məlumatı təkzib edib.

Bildirib ki, Emin Zeynalovun xarici tərəfdaşlara borcu olub və bu fakt aşkarlandıqdan sonra Emil Zeynalov vəzifəsindən azad olub.

Gün ərzində bank rəsmilərinə məsələ ilə bağlı dəfələrlə zəng etdiyimizdə də eyni cavabı aldıq. Məlumatlar yalandır və bankın sözü gedən əməliyyatlərlə heç bir əlaqəsi yoxdur. Mövzuya qayıdacağıq. 

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə