Rayonlarda yağış və dolunun vurduğu fəsadlarla bağlı açıqlama - VİDEO

Rayonlarda yağış və dolunun vurduğu fəsadlarla bağlı açıqlama - VİDEO
Təsərrüfat sahələrinə ciddi ziyan dəyib

Ötən gecə güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı və Ağsu rayonlarında təsərrüfat sahələrinə ciddi ziyan vurub. qasırğaya oxşar şiddətli külək rayonun Çəmənli, Qalınçaq, Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin, sosial obyektin, tövlənin və yardımçı tikilinin dam örtüyünü dağıdıb. Elektrik dirəkləri aşıb, naqillər qırılıb, İsmayıllının 66 kəndinə elektrik enerjisinin nəqli dayanıb.

“Azərişıq” ASC -nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev 100-ə yaxın kəndə elektrik enerjisinin verilişinin müvəqqəti dayandığını bildirdi.

Artıq qeyd olunan kəndlərdə elektrik enerjisində yaranan problem aradan qaldırılıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, su xətti qırılaraq, 20 kəndə içməli suyun verilməsi dayanmışdı ki, “Azərsu” ASC-dən görülən işlər nəticəsində bu problemin də aradan qalxdığını öyrənirik.

Külək və leysan yağışı yetişən, lakin hələ biçilməyən taxılı da tələf edib. Əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan dəyib. Güclü külək və leysan Ağsu rayonunun Rəhimli, Göydəlləkli, Qaradağ və Şahbəyli kəndlərinə ciddi ziyan vurub.

İsmayıllı və Ağsuda rayon fövqəladə hallar komissiyalarının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır.

Təbii fəlakət zamanı evlərə, əkin sahələrinə və meyvə bağlarına dəyən ziyana görə ümumilikdə 500-dən çox insan, o cümlədən əkinçiliklə məşğul olan fərdi təsərrüfat sahibi, kəndli fermer və bağban külli miqdarda maddi zərər görüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.

Göygölə də dolu yağıb. Göygöl rayonunda isə əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub.

Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub. Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.

Bu cür hava isə hələ iki gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova yağış, dağ çaylarında sululuğun artmasına səbəb olacağını da istisna etmədi. 

20-si gündüz saatlarından hava şəraiti sabitləşəcək və temperatur 32 dərəcəyədək artacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə