Qalibi “VAR” müəyyənləşdirdi - FOTO

Qalibi “VAR” müəyyənləşdirdi - FOTO
İsveç 1:0 Cənubi Koreya

Futbol üzrə dünya çempionatında F qrupunun ikinci matçı baş tutub. İsveç mundialda ilk sınaqdan üzüağ çıxıb.

Cənubi Koreya ilə görüşdə daha yaxşı təsir bağışlayan skandinaviyalılar fasiləyə qədər bir neçə qol imkanını boşa veriblər. İkinci hissədə təzyiqi artıran İsveç futbolçuları 65-ci dəqiqədə istəylərinə çatıblar.

Cərimə meydançası daxilində Klassona qarşı kobudluğu VAR sisteminin köməyi ilə qeydə alan baş hakim 11 metrlik nöqtəni göstərib.

Andreas Qrankvist qapını dəqiq nişan alıb. 1-0. Qalan 25 dəqiqə ərzində hesabı bərabərləşdirməyə çalışan cənubi koreyalılar buna müvəffəq ola bilməyiblər. Nəticədə minimal hesablı qələbə qazanmış İsveç Meksika ilə birgə F qrupunda hegemonluq edir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə