Milli irsimizin işığında: dünən, bu gün, sabah - VİDEO

Milli irsimizin işığında: dünən, bu gün, sabah - VİDEO
ABAD məhsullarının sərgisi keçirildi

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Daş Salnamə” muzeyində Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı ABAD məhsullarının sərgisi keçirildi.

Sərginin keçirilməsində məqsəd ABAD-çı olaraq fəaliyyət göstərən ailələrin əl işlərini və ABAD-çılar tərəfindən istehsal olunmuş qida məhsullarını daha geniş auditoriyaya çatdırmaqdır.

Tədbirdə dövlət qurumları və özəl şirkətlərin, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. 

"ASAN xidmət"in sədri Ülvi Mehdiyev bildirdi ki, ABAD publik hüquqi şəxs tərəfindən Azərbaycanda ailə təsərrüfatlarına dəstək göstərilir. Artıq ABAD-çıların sayı 250-dən çoxdur.

Sonra iştirakçılar sərgidə nümayiş etdirilən fotoşəkillərlə tanış oldular. Tədbir bədii hissə ilə davam etdi.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə