Türkiyədə millət vəkilinə silahlı hücum edildi: 3 ölü, 8 yaralı - FOTO

Türkiyədə millət vəkilinə silahlı hücum edildi: 3 ölü, 8 yaralı - FOTO
Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub

Türkiyənin Şanlıurfa vilayətində millət vəkillərinə hücum edilib.

CNNTürk-un məlumatına görə, vilayətin Suruç rayonunda baş verə hadisədə 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Hakim Ədalət və İnkişaf Partiyasının deputatı İbrahim Halil Yıldız və onun birlikdə seçki kampaniyası aparan şəxslər qəsəbəyə gəliblər.

Seçki kampaniyası zamanı millət vəkili və yanındakılar silahlı hücuma məruz qalıblar.

Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.

Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə