Yanacağın rekord həddi - VİDEO

Yanacağın rekord həddi - VİDEO
SOCAR-ın YDM-də yanacağa tələbat artdı

Yanacağa təlabatı artıran avtomobillərin çoxalması ilə yanaşı, ölkəyə gələn turistlərin də sayının artmasıdır. Çünki şəhəri gəzmək istəyən hər bir turist kirayə maşın götürür ki, bu da avtomobilin sayına öz təsirini göstərir.

Sürücüləri isə SOCAR-ın YDM-ni avtomobillərini keyfiyyətli yanacaqla təmin etmək üçün seçirlər.

“SOCAR Petroleum” QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli deyir ki, benzinin keyfiyyətinə onun saxlanma şəraiti təsir edir. Buna görə də saxlanma çənlərində bəzi məqamlara diqqət etmək lazımdı.

“SOCAR Petroleum”a məxsus YDM-dəki bütün yanacaq növləri hər ay müvafiq dövlət qurumlarının neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında yoxlanılır və nəticə göstəriciləri ilə bağlı sınaq protokolu təqdim edilir.

Beləliklə, yanacaq növlərinin keyfiyyətinə, mütəmadi olaraq, səlahiyyətli dövlət qurumları tərəfindən aparılan laboratoriya sınaqları vasitəsilə nəzarət olunur.

Bundan başqa, SOCAR yanacaqdoldurma məntəqələrinin yeraltı əmtəə çənləri, təsdiq olunmuş qrafikə uyğun olaraq ildə iki dəfə xüsusi qurğular vasitəsilə təmizlənir. Buna görə də SOCAR YDM-də satışa çıxarılan məhsul digər YDM-lə müqayisədə keyfiyyətinə görə fərqlənir.

Ölkəmizdə də yanacaqdoldurma məntəqələrinin sayı günbəgün artır. Müxtəlif şirkətlərə məxsus bu YDM-in 26-ı “SOCAR Petroleum”un payına düşür. Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilmiş şirkət SOCAR brendi altında, YDM-lər istifadəyə verir.

Şirkətin ilk yanacaqdoldurma məntəqəsi 2010-cu il mayın 7-də açılıb.  “SOCAR Petroleum”a məxsus, eləcə də, digər adla fəaliyyət göstərən YDM-lər “PREMİUM”, “A-92” və “DİZEL” yanacağını eyni mənbədən – 1 saylı Bakı Neft Terminalı Bazasından alırlar və bunlardan yalnız ikisi - “A-92” və “DİZEL” Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.

Alınan məhsulun ünvanının eyni olmasına baxmayaraq, keyfiyyət baxımından ölkə ərazisində fəaliyyət göstərən YDM-dəki məhsul fərqlidir. Buna isə birbaşa məhsulun saxlanma şəraiti təsir göstərir.

YDM-də satılan yanacağın ekoloji standartlara cavab verməsinə gəlincə, yerli istehsal olan “A-92” və “DİZEL” yanacağı “AVRO-3” ekoloji standartlarına bərabər tutulur.

İdxal olunan “SUPER” yanacaq “AVRO-5”, “Premium” isə “AVRO-4” ekoloji standartına malikdir. Ümumiyyətlə, SOCAR YDM-də “A-92” markalı benzin və “DİZEL” yanacağına tələbat daha çoxdur. Çünki yük avtomobilləri, taksilər və avtobusların əksəriyyəti bu markalı yanacaqdan istifadə edir.

“SUPER” markalı benzinlə isə əsasən ölkəyə yeni gətirilən, ən müasir texnologiya ilə təmin olunan minik avtomobilləri işləyir. Bu benzin yüksək ekoloji standartlara uyğun avtomobillərin istifadəsi üçün nəzərdə tutulub. “SUPER” markalı yanacağın hazırlanması zamanı yüksək oktanlı məhsullardan istifadə edilir və buna görə də, o, ekoloji baxımdan təmizdir. Son illər ölkəmizə Avropa, Amerika və Yaponiyadan gətirilən avtomobillər məhz “SUPER” markalı benzinlə çalışır. 

“SOCAR Petroleum” QSC-nin başlıca məqsədi öz fəaliyyətində yüksək keyfiyyətli xidməti təmin edən mütərəqqi texnologiya işləmələrinin tətbiqinə böyük sərmayələr yatırmaqla, əhaliyə “Avro-3” standartının tələblərinə uyğun, neft məhsullarının satışını təşkil və təmin etməkdir. 

Şirkət, bundan sonra da, ölkə hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbi səviyyəsində hərtərəfli xidmət göstərmək, YDM şəbəkəsinin əhatə dairəsini genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün böyük həcmli sərmayə qoyuluşları həyata keçirəcək.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə