Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri istefa verdi
“Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım...”

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili istefaya getdiyini bəyan edib. 

“Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım... Mən komanda oyunçusu olmuşam və oyunçusuyam. Bununla əlaqədar komandada əhval-ruhiyyəni hiss edirəm və qərar qəbul edirəm. Mənim durumumda hər bir komanda rəhbəri bu qərarı verərdi. Mən vəzifəmi tərk edirəm”, - baş nazir keçirdiyi brifinqdə bildirib. 

Baş nazirin istefası məsələsi mayın 31-də Tiflisdə “ədalətin bərpası” və baş nazirin istefası tələbilə kütləvi aksiyalar başlayandan sonra gündəmə gəlmişdi. Aksiyanın təşkilatçıları qətlə yetirilmiş 16 yaşlı yeniyetmənin atası Zaza Saralidze idi. Etirazlar fonunda baş prokuror İrakli Şotadze istefa verdi. Bundan sonra aksiya iştirakçıları Ədliyyə, daxili işlər nazirlərinin, eləcə də, hökumətin tam tərkibdə istefasını tələb edirdilər.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə