Mədəniyyət Nazirliyində yeni iş yerləri yaradılır - nazir açıqladı (VİDEO)

Mədəniyyət Nazirliyində yeni iş yerləri yaradılır - nazir açıqladı (VİDEO)
Əbülfəs Qarayev: "Nazirlikdə yeni şöbələr formalaşıb, işçiləri qəbul etməyə başlayacağıq"

"Mədəniyyət Nazirliyinin iki hissəyə bölünməsi öz-özlüyündə islahatdır. Hazırda nazirliyin qarşısında qoyulan tələblərdən irəli gələn kifayət qədər zəngin yeniliklər olacaq”

REAL-ın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, xidmət şəbəkəsinə və regionlarda mədəniyyət ocaqlarının təkmilləşməsinə xüsusi önəm veriləcək:

“Eyni zamanda demək istərdim ki, nazirliyin daxilində də yeni şöbələr formalaşıb. Biz onun strukturunu bu gün təsdiq edərək işçiləri qəbul etməyə başlayacağıq. Müasir texnologiyalar, regionlarda mədəniyyət müəssisələrinin inkişafı, xalq yaradıcılığı və kreativ sənaye ilə bağlı şöbələr formalaşacaq. Bunlar hamısı yenilikdir və düşünürəm ki, müsbət nəticələrini verəcək”.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə