“Saf rənglər” - VİDEO

“Saf rənglər” - VİDEO
Rəssamlıq akademiyasında beynəlxalq festival baş tutdu

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında uşaq və yeniyetmələrin “Saf rənglər” beşinci beynəlxalq rəsm yaradıcılığı festivalının açılış mərasimi keçirildi.

Festival Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və rəssamliq akademiyasının birgə təşəbbüsü ilə təşkil olunub.

Akademiyanin rektoru, akademik Ömər Eldarov beynəlxalq festivalı Azərbaycan incəsənətində önəmli hadisə adlandırdı.

Ənənəvi olaraq 2013-cü ildən keçirilən “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyasında mühüm hadisədir.

Festivalın üç yaşdan 16 yaşadək olan iştirakçıları təsviri sənətin bütün növ və janrlarında rəngkarlıq, qrafika, kiçik heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, həmçinin multimedia, installyasiya və animasiya kimi müasir incəsənət növlərində işlərini nümayiş etdirirlər.

Müsabiqə proqramına “Azərbaycan mənim gözlərimlə”, “İdman”, “Ətraf mühit”, “Təhlükəsiz dünya” nominasiyaları daxil edilib.

Festivalda Azərbaycanın müxtəlif dərnək və yaradıcılıq mərkəzləri, rəsm qalereyaları, incəsənət müəssisələri təmsil olunur, həmçinin beynəlxalq tədbirdə qırxdan çox ölkədən uşaq və yemiyetmələrin əl işləri nümayiş etdirilir.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə