Putin: Moskva Əliyevin yeni səfərinə hazırlaşır

Putin: Moskva Əliyevin yeni səfərinə hazırlaşır
Rusiya prezidenti: İlham Əliyev avqustun 30-da Rusiyaya növbəti səfər edəcək

“Moskvada vaxtınızı səmərəli və maraqlı keçirəcəksiniz. Ona görə maraqlı keçirəcəksiniz ki, oyun gözəl olacaq. Ona görə səmərəli keçirəcəksiniz ki, çoxsaylı ölkələrdən çoxlu həmkarlarımız gəlib, hamı ilə söhbət etmək, görüşmək, kiminləsə tanış olmaq imkanı var MDB üzrə ən yaxın həmkarlarımızla cari məsələlər barəsində informasiya mübadiləsi aparmaq da mümkün olacaq.”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Putin Azərbaycan və Rusiya arasındakı münasibətlər barədə də daınşır.

“Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə, avqustun 30-da Sizin Rusiyaya səfərinizin gedişində həmin münasibətləri hərtərəfli və dərindən müzakirə edəcək, bununla məşğul olacağıq. O vaxta qədər isə həmkarlarımız işləyəcək və Sizin Rusiyaya səfərinizi hazırlayacaqlar. Lakin artıq indidən demək olar ki, bizim münasibətlərimiz inkişaf edir, özü də çox uğurla inkişaf edir. Ötən il ərzində bizdə əmtəə dövriyyəsinin artımı 34,4 faiz, bu ilin birinci rübü ərzində isə daha 19 faizə yaxın olub. Yəni, bu, çox yaxşı artım tempidir və biz bunu dəstəkləməliyik. Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir. Parlamentlərin, ictimai təşkilatların xətti ilə daim əlaqə saxlanılır, humanitar əlaqələr inkişaf edir”.

Azərbaycan Prezidenti İlham Əliyev də iki ölkə arasındakı münasibətlərin inkişafından məmnun olduğunu qeyd edib.

“Avqustun sonunda Rusiyaya səfərə dəvətinizə görə təşəkkür etmək istərdim. Lakin bu gün də bizim kifayət qədər geniş gündəliyimizdəki cari məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan var.

Düşünürəm ki, bizim daimi xarakter daşıyan müntəzəm əlaqələrimiz münasibətlərimizə böyük təkan verir. Biz bunun yaxşı nəticələrini görürük. Bizim qarşılıqlı siyasi fəaliyyətimiz çox yüksək səviyyədədir. Biz etibarlı dostlar və tərəfdaşlar, strateji tərəfdaşlarıq. Siz qeyd etdiyiniz kimi, iqtisadi sahədə dinamika ötən il də, bu il də çox müsbətdir. İqtisadi əməkdaşlığın genişləndirilməsinə dair planlar var. Biz “Şimal-Cənub” layihəsinin həyata keçirilməsinin artıq konkret nəticələrini görürük. Artıq Azərbaycan vasitəsilə Rusiyadan yükdaşımalar artır, bu da bizim fəaliyyətimizin müsbət nəticəsidir. Hesab edirəm ki, bütün sahələrdə, humanitar sahədə bizim münasibətlərimiz, ümumiyyətlə, nümunəvidir. Belə ki, yaxşı dinamikaya, yaxşı nəticələrə nail olduğumuza görə şadam və gələcəyə, əlaqələrimizin möhkəmlənməsinə ümidlə baxırıq”, - deyə İlham Əliyev qeyd edib.

 


***15:06

Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.

Kremldə keçirilən görüşdə dövlət başçıları iki ölkə arasında münasibətləri müzakirə ediblər.

Putin Moskvanın Azərbaycan prezidentinin növbəti səfərinə hazırlaşdığını, səfərin avqustun 30-da baş tutacağını söyləyib.

"O ki qaldı ikitərəfli münasibətlərimizə, bunu sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik", - deyə Putin bildirib.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə