Gömrük Komitəsinin sədrindən jurnalistlərə təklif - VİDEO

Gömrük Komitəsinin sədrindən jurnalistlərə təklif - VİDEO
Səfər Mehdiyev: "Media ilə əməkdaşlıq əsas prioritetlərdəndir"

“Gömrük Komitəsi il ərzində 5 milyon 400 min insana xidmət edib. Bu rəqəm kifayət qədər böyükdür. Ancaq biz istəyirik ki, hər şey arzuolunan formada həyata keçirilsin".

Məlumatı Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlər üçün təşkil olunmuş "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" seminarında deyib.

Komitə sədri əsas məqsədlərindən birinin jurnalistlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində məlumatların iş adamlarına, vətəndaşlara daha doğru formada çatdırılmaq olduğunu bildirib.

Seminarda o da bildirildi ki, bir qrup jurnalistin birləşərək sırf komitənin dediyi vaxtda yox, onların istədiyi anda gömrük idarəsi və dairələrinə səfər etmələri təşkil oluna bilər. Hətta həmin jurnalistlərə qısa bir müddətlik "gömrükçü" adı verilə bilər".

Seminarda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da İran və Gürcüstan sərhəd keçid məntəqələrinə səfərlərin təşkil olunmasını təklif edib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə