Azərbaycan qazı Bolqarıstana nəql olunacaq

Azərbaycan qazı Bolqarıstana nəql olunacaq
Tikinti işlərinə bu ilin sonunda başlana bilər

Azərbaycan qazının Bolqarıstana çatdırılmasını nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) tikintisinə bu ilin sonunda başlanması gözlənilir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" konfransında Bolqarıstanın energetika nazirinin müavini Rosen Smitçiyev bildirib.

Onun sözlərinə görə, hazırda layihə şirkəti - ICGB IGB üçün boruların nəqli və kəmərin inşası üçün elan edilən tenderi yekunlaşdırmaq üçün çalışır. O qeyd edib ki, tenderin ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur: "Tikinti işlərinə 2018-ci ilin sonunda başlanılması, 2020-ci ildə interkonnektorun brinci hissəsinin yekunlaşması gözlənilir".

O, layihənin maliyyələşdirilməsindən də danışaraq qeyd edib ki, maliyyələşmə məsələsi həll olunub. Energetika nazirinin müşaviri bildirib ki, IGB-nin ümumi investisiya dəyəri 220 mln. avrodur: "İnvestisiya xərclərinn 1/3 hissəsini Avrpa İttifaqından ayrılan qrant təşkil edir. Belə ki, 45 mln. avro Avropa İttifaqı tərəfindən iqtsadiyyatın bərpası üçün Avropa Enerji proqramı çərçivəsində, 39 mln. avro İttifaqın Bolqarıstan üçün Avropa Struktur fondları tərəfindən qrant ayrılıb. Bundan başqa, Bolqarıstan hökuməti Avropa İnvestiya Bankından IGB üçün 110 mln. avro kreditin cəlb edilməsinə 2018-ci ilin büdcəsindən dövlət zəmanəti verib. Bu da əlverişli şərtlərlə kredit ayrılmasına imkan yaradacaq".

Onun sözlərinə görə, kredit müqaviləsinin ilin sonuna qədər imzalanması nəzərdə tutulur.

IGB vasitəsilə 2020-ci ildə layihə çərçivəsində “Şahdəniz” yatağından hasil olunan qazın illik 1 milyard kubmetri Bolqarıstana çatdırılacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə