Sökülən ərazinin aqibəti nə olacaq? - VİDEO

Sökülən ərazinin aqibəti nə olacaq? - VİDEO
Paytaxtın digər ərazilərində də mühafizə zolağında olan evlər söküləcək

Bura insanlar arasında Bakının Şanxayı kimi tanınsa da rəsmi adı Pəhləvan Fərzəliyev küçəsidir.

Gün ərzində bir neçə dəfə qatarın keçdiyi ərazidə evlərin qapısı həyətə açılsa da bəzən bu qapıdan çıxanlar həyatından olurdu.

Əks halda ya ayağını itirəcəkdin, ya da əlini. Həyatını itirənlər də az olmayıb.

İllərdir davam edən belə təhlükəli yaşam isə artıq tarixə qovuşur. Pəhləvan Fərzəliyev küçəsində dəmir yolu xəttinin yaxınlığında yerləşən evlər sökülür.

Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, söküntü işləri ötən ilin noyabr ayında başlanılıb. Hazırki, dövrə qədər ərazidə 420-dən çox tikili sökülüb.

Ərazinin abadlaşdırılması və hasarlanması üçün ayrılan məbləğ isə 90 min manatdır. Bakı “Şanxayı”nda söküntü işləri isə digər oxşar ərazilərdə söküntü işlərinin aparılmasına hazırlıq prossesi ilə paralel davam etdirilir.

Qeyd edək ki, paytaxtla yanaşı Azərbaycanın bir çox bölgəsində oxşar vəziyyətdə olan ərazilərdə də söküntü işləri aparılacaq. Məqsəd dəmir yolu xəttlərinin 20 metrlik mühafizə zolağının yaradılmasıdır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə