Bağçada güllər... - VİDEO

Bağçada güllər... - VİDEO
Onları əzmək yox, qoxlamaq lazımdır

Yasamalda yerləşən özəl bağçalardan birində körpə qızcığazın məruz qaldığı bu kobud rəftar cəmiyyətin gündəmindən düşmür. sosial şəbəkələrdə sözügedən bağça ən çox da videogörüntüdə uşağı incidən “tərbiyyəçi” Firuzə Tağiyeva ilə bağlı narazılıqlar və qınaqlar davam edir.

Bağça və orda baş verənlər haqqında bir azdan danışacam. Hələlik isə etikaya uyğun olaraq deyim ki, ürəyi və əsəbləri zəif olanlar videoya baxmasın.

Söhbət əlbəttə ki jurnalist etikasından gedir. Görüntülərə baxdıqca gün kimi aydın olur ki, sözügedən müəssisədə müəllim və tərbiyəçi etikasindan söhbət belə gedə bilməz.

Bəs ötən gündən bəri hamının ürəyini sızladan, baxmağa belə ürək eləmədiyimiz bu görüntülərin baş verdiyi baxçada son vəziyyət nə yerdədir?

Suala cavab axtarmaq üçün üz tutduq “Kids studiyaya”. Məlum oldu ki, bağça iyunun 11-dən bəri bağlıdır.

Bağça müdirinin telefonuna isə ümumiyyətlə zəng çatmır. Burdan cəmi 5-10 metr məsafədə yerləşən polis şöbəsindən isə bildirdilər ki, bağça tərbiyyəçisi ilə bağlı iş prokurorluq orqanlarına göndərilib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə