Türkiyə prezidenti: “Bu gün bölgəmiz və ölkəmiz üçün tarixi bir addım atırıq”

Türkiyə prezidenti: “Bu gün bölgəmiz və ölkəmiz üçün tarixi bir addım atırıq”
TANAP-ın açılışı oldu

"Bu gün bölgəmiz və ölkəmiz üçün tarixi bir addım atırıq. "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik".

Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın I hissəsinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.

O, həmçinin bildirib ki, bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub. 

“Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm. Prezident İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm. Həmçinin mərasimdə iştirak edənlərə bütün prezidentlərə, nazirlərə, milltə vəkillərinə təşəkkür edirəm", - deyə o, qeyd edib. 

R.T. Ərdoğanın sözlərinə görə, Türkiyə indiyə qədər enerji, nəqliyyat, ticarət sahələrində bir sıra uğurlu layihələr reallaşdırıb: "Ölkəmiz yatırım üçün güvənlidir"

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə