Berat Albayrak: “TANAP 100 ilin layihəsidir”

Berat Albayrak: “TANAP 100 ilin layihəsidir”
TANAP-ın rəsmi açılış mərasimi keçirilir

"Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir”

Bunu Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın I hissəsinin açılış mərasimində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

“Enerjinin İpək Yolu adlandırılan TANAP-ın açılış mərasimi keçirilir. Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı regional əməkdaşlıq, yeni qitələrə çataraq qlobal əməkdaşlığa çevrilir”, - deyə o qeyd edib. 

Nazirin sözlərinə görə, TANAP fəal enerji siyasətlərinin əksidir: "Bu layihə maddi və xüsusilə mənəvi baxımdan dəyərlidir, 100 ilin layihəsidir. Bu, həm də qardaşlığa sərmayədir. İki dövlət, bir millət deyimi sərhəldəri aşır. İki ölkənin gələcəyə buraxacağı ən böyük mirasdır. Layihədə əməyi olmuş hər kəsə, o cümlədən Prezident İlham Əliyevə təşəıkkür edirəm, Azərbaycanın keçmiş energetika naziri Natiq Əliyevə Allahdan rəhmət diləyirəm". 

B.Albayrak həmçinin qeyd edib ki, TANAP enerji təhlükəsizliyi böyük töhfə verəcək. 

“Report”

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə