25 il gizli qalan İsa Qəmbər – Etibar Məmmədov görüşünün təfərrüatı -VİDEO

25 il gizli qalan İsa Qəmbər – Etibar Məmmədov görüşünün təfərrüatı -VİDEO
Etibarli təminat

1993-cü ilin bu günü İsa Qəmbərin Etibar Məmmədovla bu 25 ildə hər kəsdən gizli saxlanılan görüşü baş tutub. Bu görüşün təfərrüatlarını Etibar Məmmədov Real TV-yə açıqlamasında danışıb.

Etibar Məmədovun sözlərinə görə, İsa Qəmbər istefa ərizəsini həmin gün yazıb ona təqdim edib. Amma əvəzində bir neçə məsələ üçün təminat istəyib. Onlardan ən vacibi rus qoşunlarının Azərbaycana qayıtmaması ilə bağlı olub. Qalanalrı haqda Etibar Məmmədov danışmaq istəmir.    

25 il əvvəl iyunun 12-si Bakıda hadisələr məhz belə cərəyan edirdi. Ertəsi gün, yəni, ayın 13-ü isə baxmayaraq ki, bazar gününə təsadüf etmişdi, Ali Sovetin Fövqaladə İclası çağıırılır. Artıq o iclasda səadrətdə İsa Qəmbər deyil, Heydər Əliyev oturmuşdu. İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçiləcək. Amma o vaxta hələ 3 gün qalır. Qəzetlər isə Surət Hüseynovun hələ də ipə-sapa yatmamağından ayzırlar. Məsələn onun dəstələri Prezident Aparatının məsul vəzifəli şəxsini- təxəllüsü Abdal olan Əhməd Orucovu Yevlaxda girov götürüblər və buna görə də, Müxalifət qəzeti bəyanat verib. Gəncə qiyamı rayonlarda da əks səda yaardıb. Mitinqlər, piketlər səngimir, surətçilər rayon icra hakimiyyətlərini ələ keçirməyə çalışırlar. Qısası, ölkədə ara qarışıb, məzhəb itib. İqtidarlı- müxalifətli hər kəsin başı da.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə