Tiflis su altında qaldı - VİDEO

Tiflis su altında qaldı - VİDEO
Suyun səviyyəsi 30 santimetrə yüksəldi

Gürcüstanın paytaxtı Tiflisdə gecə saatlarında başlayan şşiddəətli yağış həyatı iflic edib.

Real xəbər verir ki, gecə saat 23:00 radələrində başlayan yağış nəticəsində bir çox məkanlar, küçələr su altında qalıb. Sel fəlakəti əsasən Tiflisin Qldani və Saburtalo hissəsinin küçələri və Ahmeteli metro stansiyasının yeraltı keçidinə ciddi ziyan vurub. Yeraltı keçid tamamilə su altında qalıb. Şiddətli yağış səbəbindən şəhərin bəzi yerlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Gürcüstan Fövqaladə Hallar idarəsindən verilən açıqlamaya görə, suyun səviyyəsi 30 santimetrə yüksəlib və təmizləmə işləri davam etdirilir.

Yaşanan sel fəlakəti nəticəsində ölüm halı qeydə alınmayıb. Amma şəhər sakinlərinin ciddi təlaşa qapıldığı deyilir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə