Məhəmməd Hadi küçəsində təmir yekunlaşır - VİDEO

Məhəmməd Hadi küçəsində təmir yekunlaşır - VİDEO
Yolda avtobuslar üçün 27 ədəd yeni “cib” dayanacaqlar yaradılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətai rayonu Məhəmməd Hadi küçəsində aparılan yenidənqurma və bərpa işləri yekunlaşmaq üzrədir.

Qurumdan verilən məlumata görə, artıq yolun təqribən 1157 m-lik hissəsində təmir-tikinti işləri tam yekunlaşdırılıb. Ərazidə köhnə asfalt-beton örtüyü frez maşını ilə profilə salınıb, yeni yol əsası inşa edilib yeni asfalt qatı döşənib. 

Həmçinin kanalizasiya quyularının yenidən qurulması, 14 ədəd yeni quyu qapaqlarının quraşdırılması, səth sularının kənarlaşdırılması üçün drenaj boruların çəkilməsi və 14 ədəd yağış barmaqlıqlarının quraşdırılması işləri görülüb.

Bundan başqa təmir-tikinti işləri çərçivəsində müxtəlif hərəkət istiqamətləri arasında yeni ayrıcı zolaq inşa edilib və ayırıcı zolaqda yolun işıqlandırılması üçün 60 ədəd yeni işıq dirəyi quraşdırılıb. Yol boyu zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Yolun qalan hissəində işlər davam etdirilir. Küçə boyu yeni piyada səkiləri inşa edilir və mövcud səkilər bərpa olunaraq asfaltlanır, kənarlarına yeni səki daşları düzülür. 

Həmçinin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə Məhəmməd Hadi küçəsi boyunca 27 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması, 70 ədəd zəruri yol nişanın quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi də planlaşdırılır. Təmir işlərinin yaxın vaxtda yekunlaşması planlaşdırılır.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə