Azərbaycan Ordusunun İsrail istehsalı olan yeni raketi – Hədəfi 10 dəqiqəyə məhv edən “LORA”

Azərbaycan Ordusunun İsrail istehsalı olan yeni raketi – Hədəfi 10 dəqiqəyə məhv edən “LORA”
Azərbaycan İsraildən yeni operativ-taktiki raket kompleksi alıb

Azərbaycan İsrail istehsalı olan “LORA” operativ-taktiki raket kompleksini silahlanmaya qəbul edib.

Real xəbər verir ki, maksimal atış uzaqlığı 430 kilometr olan LORA raketinin uzunluğu 5 metr, çəkisi 1600 kiloqram, döyüş başlığı 570 kiloqramdır raket yüksək partlayış gücünə malikdir. Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş “LORA” kompleksi 430 km-ə qədər uzaqlıqda yerləşən idarəetmə məntəqələrini, raket buraxma qurğularını, radiolokasiya stansiyalarını, vacib hərbi sənaye, infrastruktur obyektlərini, kommunikasiya qovşaqların və elektrik stansiyalarınI məhv edə bilir. “LORA” həm dənizdə həmdə quruda istifadə oluna bilər. “LORA” operativ-taktiki raket kompleksini Azərbaycandan başqa hələlik heç bir ölkədə yoxdur.

Qeyd edək ki, “LORA”nın əməliyyat və taktiki raket sisteminin xarakteristikaları Rusiya istehsalı olan “İskəndər” raketləri ilə oxşardır.

Xatırladaq ki, Ermənistanın hərbi bazasında “İskəndər” raketləri mövcuddur. “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur. Raket komanda veriləndən sonra obyekti maksimum 10 dəqiqə içində məhv edir, hər 7 ildən bir isə “LORA” texniki baxış tələb edir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə