Bu gün TANAP-ın açılış mərasimi keçiriləcək - VİDEO

 Bu gün TANAP-ın açılış mərasimi keçiriləcək - VİDEO
Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri iştirak edəcək

Bu gün Əskişəhərin Seyidqazi rayonunda Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçiriləcək. 

Real Tv xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan,Gürcüstan prezidenti Georgi Marqvelaşvili və yüksək vəzifəli şəxslər iştirak edəcək.

Açılış mərasimi keçirilən Seyidqazi rayonunda TANAP-ın qaz çıxış nöqtəsi, kompressor və ölçmə stansiyalarından biri yerləşir. TANAP-la nəql olunan bu ərazidən qaz, daxili qaz şəbəkəsinə qoşulacaq və Türkiyə bazarına çatdırılacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. 

TANAP ümumi investisiya dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. TANAP-la yanaşı, “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq TransAdriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Bu il mayın 29-da Səngəçalda Cənub Qaz Dəhlizinin açılış mərasimi keçirilib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə