Ramin Quluzadə: Bu sərgi böyük əhəmiyyət kəsb edir - (VİDEO, FOTO)

Ramin Quluzadə: Bu sərgi böyük əhəmiyyət kəsb edir - (VİDEO, FOTO)
Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir

Nəqliyyat bizim üçün çox vacib sahələrdən biridir. Azərbaycan bu sahədə bir sıra böyük layihələrin təşəbbüskarı, eyni zamanda icraçısıdır.

Bunu Real-a müsahibəsində Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

O bildirib ki, ölkədə Nəqliyyat sahəsi üzrə beynəlxalq sərgilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

“Ötən il Bakı-Tiflis-Qars dəmiryolu xəttinin, bu il isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub. Bu sərgidə nümayiş olunan nəqliyyat sahəsinə aid texnikalar gələcəkdə bizim işimizi daha da asanlaşdıracaq”, - deyəö Ramin Quluzadə qeyd edib.

Bakıda 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi başlayıb.

Sərgi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Sərgidə ticarət şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edir. Sərginin işgüzar proqramı çərçivəsində iştirakçılar və iri yerli şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək.

“TransCaspian/Translogistica” sərgisi ilə eyni platformada daha iki sərgi: 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” və 5-ci Yubiley Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2018” sərgiləri də keçirilir.

Natiq Nailəoğlu

 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə