Bülbül -120

Bülbül -120
Heydər Əliyev sarayında yubiley gecəsi keçirilib

Heydər Əliyev sarayında SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr olunan yubiley gecəsi keçirilib.

Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin, dövət rəsmilərinin, kütləvi informasiya rəsmilərinin, çoxsaylı xarici qonaqların qatıldığı yubiley tədbiri "Koroğlu" üvertirasının səsələndirilməsi ilə başlayıb.

Konsert proqramında ilk olaraq Bülbülün 120 illiyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı oxunub.

Sonra Mədəniyyət naziri Əbülfəz Qarayev çıxış edib.

Bundan sonra tədbirlər planı çərçivəsində təşkil edilən "Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb.

Qaliblərə diplom və mükafatlar tədim olunandan sonra onların iştiraki ilə böyük konsert olub.

Konsertin sonunda böyük müğəninin oğlu Polad Bülbüloğlu müsabiqənin qaliblərini təbrik edib və əfsanəvi sənətkarın repertuarından bir neçə məşhur mahnını ifa edib. 

Vüsalə Xaməmmədqızı
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə