Bizdən qaçıb, bizim üçün qaçmayan Ramil - VİDEO

Bizdən qaçıb, bizim üçün qaçmayan Ramil - VİDEO
Türkiyəni təmsil edən brilliant azərbaycanlı

Bizdən qaçıb, bizim üçün qaçmayan azərbaycanlı atlet Ramil Quliyev Brilyant Liqanın Oslo mərhələsində qələbə qazanıb.

Türkiyə bayrağı altında çıxış edən idmançı 200 metr məsafəyə qaçış yarışında bütün rəqiblərini qabaqlayıb.

Türkiyə təmsilçisi 19,90 saniyəlik göstərici ilə ən yaxın izləyicisi olan kanadalı Aron Braunu 0,02 saniyə qabaqlayıb.

Bu Ramilin mövsüm ərzində göstərdiyi ən yaxşı nəticədir. Azərvaycanlı atletin 200 metr məsafəyə qaçış rekordu isə 19,88 saniyə təşkil edir.

Qeyd edək ki, Quliyev Azərbaycan komandasının heyətində gənclər arasında avropa çempionu olduqdan sonra milli federasiya ilə arasındakı problemlər səbəbindən Türkiyəyə yollanaraq adı çəkilən ölkənin heyətində çıxış etməyə başlayıb. Ramil Quliyev Türkiyə yüngül atletika tarixində dünya çempionu olmuş ilk idmançı kimi tarixə düşüb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə