Güclü yağış Bayılı aparacaq - VİDEO

Güclü yağış Bayılı aparacaq - VİDEO
Sürüşən bölgə ilə bağlı xəbərdarlıq

“Seysmoloji Xidmət Mərkəzi Bayılda sürüşmə zonasında kompleks tədbirlər aparıb. Sürüşmənin bütün parametrləri tərəfimizdən müəyyən olunub”.

Bunu Real-a müsahibəsində AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Sürüşmə zonasında təhlükəli vəziyyət qalmaqdadır və güclü yağış yağsa Bayılı sürüşdürüb aparacaq.

“Təklif etmişik ki, Teleqüllənin arxasından Nərimanov heykəlinə, dəniz sahilinə qədər ərazidə tədqiqatlar aparılsın. Çünki bu ərazidə sürüşməyə meyilli iki ərazi də var. 85 səhifəlik hesabatı hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Müşahidə etmişik ki, sürüşmə zonasında aktivlik var və bu hələ davam edəcək. Güclü yağış olsa Bayılı yuyub aparacaq. Digər sürüşmə əraziləri daha da aktivləşəcək. Bu faktdır, gizlədə bilmərəm”, - deyə Qurban Yetirmişli bildirib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə