Dieqo yağışdan çıxıb, yağmura düşdü

Dieqo yağışdan çıxıb, yağmura düşdü
Nadal final üçün oynayacaq

Fransada keçirilən tennis üzrə Roland Qaros turnirində yarımfinalçıların tam siyahısı məlum olub.

Yağış səbəbindən bu günə keçirilmiş Rafael Nadal – Dieqo Şvartsman görüşü tamamlanıb.

İlk seti 4-6 hesabı ilə uduzmuş ispaniyalı raketka ustası sonradan təşəbbüsü ələ alıb. Növbəti setlərdə 6-3,6-2 və 6-2 hesablı qələbələr qazanmış Rafael Nadal finala çıxmaq uğrunda mübarizə aparacaq.

Nadal xorvatiyalı Marin Çiliçi 3-1 hesabı ilə məğlub etmiş Xuan Martin del Potro ilə üz-üzə gələcək. Turnirin digər yarımfinal görüşü italiyalı Marko Çekkinato və avstriyalı Dominik Tim arasında təşkil olunacaq.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə