Klintonun yeni kitabının sirri

Klintonun yeni kitabının sirri

ABŞ-ın sabiq Prezidenti Bill Klinton siyasi triller janrında kitab yazıb. Klinton bu məqsədlə dünyanın məşhur yazıçısı Ceyms Pettersonla  bir araya gelib.

Real TV-nin BBC-yə istinadən verdiyi məlumata görə, “Prezident axtarılır” adlı kitab Bil Klintonun Ağ Evdə keçirdiyi zamanları əks etdirir.

“Mən triller janrında olan kitabları sevirəm və bu janrda bir çox kitab oxumuşam” – keçmiş Prezident deye vurğulayıb.  ABŞ-in 42-ci prezidenti Ağ Evdə keçirdiyi zamanları xoş xatırladığını bildirib.  

Klinton həm də bildirib ki o, Ağ Evdə qərarların necə qəbul olunmaqları haqda da yazıb: "İnslanlar bilməlidirlər, qərarlar necə qəbul olunur, çünki bu qərarlardan onların həyatları asılıdır".

Kitab Prezidentin hansı hadisələrlə rastlaşa biləcəyi və hansı çətinliklərə düşə biləcəyi haqda hikayədir. Kitabda həm də kompyuter texnologiyaları inkişafı səbəbindən meydana gələn kiber diversiyalara böyük hissə ayrılıb. Kitab həm də serial çəkilişi nəzərdə tutulub.

Klinton bildirib ki, Prezident roluna tanınmış Hollivud aktyoru Corc Kluni yaraşar. Qeyd edək ki, bu  tarixdə ilk dəfədir ki, keçmiş ABŞ prezidenti triller yazır.

Anaxanım Hidayətova

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə