“Havalanan” hava - VİDEO

“Havalanan” hava - VİDEO
Yağış, sel evlərə ziyan vurdu

Dünən gecə saatlarından başlayaraq İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən yağış yağıb. Nəticə də daha çox rayonun Diyallı kəndinə ciddi ziyan dəyib.

Bir neçə evin dam örtüyü uçub. Damları uçan evlərin daxilindəki əşyalar, elektrik avadanlıqları su içində qalaraq yararsız vəziyyətə düşüb.

Güclü külək yol kənarındakı iri gövdəli ağacların budaqlarını qıraraq, yolu keçilməz hala salıb. Faktla bağlı Qızıl Aypara Cəmiyyəti və İsmayilli rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkən ailələr üçün çadırlar quraşdırılır, ailələr yaxın saatlarda müvəqqəti yaşamaq üçün həmin çadırlara köçürüləcək.

Bundan başqa, Fövqəladə Hallar Komissiyası tərəfindən kənddə ziyan dəymiş evlərə baxış keçirilir və ziyanın məbləği hesablanır. Zərərin aradan götürülməsi üçün tədbirlərə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində qəfil hava şəraitinin dəyişməsinə şimal qərbdən hərəkət edən soyuq hava kütlələrinin səbəb olduğunu bildirdi.

Amma sabahdan etibarən yağış dayanacaq, havanın temperaturu isə artacaq.

Mövcud olan hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz hesab olunsa da, sabahdan havanin temperaturunun 30 dərəcəyədək artması bu kimi problemlərin də aradan qalxmasına səbəb olacaq.

Nərmin Adilqızı

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə