Güclü sel Göyçayda piyada körpüsünü dağıtdı - FOTO

Güclü sel Göyçayda piyada körpüsünü dağıtdı - FOTO
Körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb

Ötən gün axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin dəfələrlə artmasına səbəb olub.

Çayda suyun çoxluğu səbəbindən Göyçay şəhəri, Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələri, meyvə bağları yararsız hala düşüb.

Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ciddi ziyan vurub. Bu gün saat 13 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq yararsız hala düşüb.

Körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb. Hazırda güclü sel davam edir və avtomobil körpüsü də dağılmaq təhlükəsi ilə üzləşib.

Polis əməkdaşları hadisə yerindədir.

Azərtac

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə