İstirahət günləri yağışlı olacaq

İstirahət günləri yağışlı olacaq
ETSN iyunun ikisi və üçünə olan hava proqnozunu açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günləri üçün hava proqnozunu açıqlayıb.

Böyük və Kiçik Qafqazda iki gün ərzində əlverişsiz hava şəraiti müşahidə olunacaq, fasilələrlə leysan xarakterli yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda isə 11-16 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində iyunun 02-də arabir yağış yağacaq, iyunun 03-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu iyunun 02-də 17-22, iyunun 03-də 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında da iyunun 02-də əlverişsiz hava şəraiti müşahidə olunacaq, arabir leysan xarakterli yağış yağacaq, iyunun 03-də isə havanın yağmursuz keçəcəyi gözlənilir.  Havanın maksimal temperaturu iyunun 02-də 18-23, iyunun 03-də 25-30 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.

Bakıda isə iyunun 2-də hava şəraitinin qeyri-sabit, küləkli olacağı, arabir yağış yağacağı gözlənilir. İyunun 3-də yağmursuz hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu iyunun 02-də 17-20, iyunun 03-də 21-23 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə