Azərbaycan ordusu 5 kilometr ərazini azad edib

Azərbaycan ordusu 5 kilometr ərazini azad edib
Türkiyə KİV-i Əlahiddə Ümumqoşunun böyük ərazini nəzarətə götürdüyünü yazır

Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsi tərəfindən bu günlərdə iki strateji yüksəkliyin tutulması ilə nəticələnən əməliyyat barədə Türkiyə KİV-i yazmağa başlayıb.

Real TV xəbər verir ki, iqtidara yaxınlığı ilə tanınan “Yeni Akit” qəzeti Azərbaycan ordusunun Naxçıvanda neytral bölgədə 5 kilometr irəlilədiyini yazıb.

Qəzet qeyd edir ki, ordunun yeni mövqeləri ələ keçirməsi rəsmi təsdiqini tapmasa da təkzib də edilmir. Ümumiyyətlə, rəsmi tərəflər xəbəri şərh etmir.

Məlumata görə, may ayının 20-də Azərbaycan ordusu xüsusi əməliyyat keçirib və 5 kilometr irəliləyərək böyük bir ərazini nəzarətə götürüb.

“Yeni Akit”in xəbərinə görə, Naxçıvan Əlahiddə Ümumqoşunun yüksəklikləri azad etməsi böyük əməliyyatın bağşlanğıcı ola bilər.

“Bu hadisədən sonra Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan vəzifəsindən azad edilib”, - deyə qəzet yazır.

Daha əvvəl xəbər yayılmışdı ki, düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti İrəvan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.

Günnüt kəndinin ətraf yüksəklikləri 1992-ci il mayın 9-da Ermənistan silahlı bölmələri tərəfindən tutulmuşdu və nəticədə düşmən həmin kəndi atəş altında saxlaya bilirdi. Kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin postları arasında neytral zonada qalmışdı. Lakin ordumuzun son əməliyyatından sonra bu kənd atəş altından çıxarılıb.

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində ordumuzun mövqelərini irəli çəkməsi barədə məlumatlara şərh vermir.

Həmçinin oxuyun: Azərbaycan ordusu İrəvan-Laçın yolunu nəzarətə götürdü

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə