“Cümhuriyyətin 9 şəkli” (VİDEO)

“Cümhuriyyətin 9 şəkli” (VİDEO)
Xalq Cümhuriyyətinə həsr edilən filmin təqdimatı olub

Cümhuriyyətin tarixi bir fotoqrafın dilindən təqdim olundu. “Veysəloğlu” qrupun sponsorluğu ilə çəkilən “Cümhuriyyətin 9 şəkli” filmi təqdim olundu.

Prezident İlham Əliyevin 2018-ci ilin “Cümhuriyyət ili” elan etmsi ilə müxtəlif filmlər çəkilir. “Veysəloğlu” şirkətlər qrupunun sifarişi ilə “Cinealliance” kinoşirkətinin yaradıcı komandasının ərsəyə gətirdiyi “Cümhuriyyətin 9” şəkli bədii-sənədli filmi də bu qəbildəndir.

“Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin ssnerasti Orxan Fikrətoğlu, rejissoru Elxan Cəfərov, baş prodüseri Əliağa Məmmədovdur.
Filmdə bir insanın taleyində cümhuriyyət dövrünü açmağa çalışıb. Filmdə Azərbaycan kinosunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanması var. 

100 illik taix bir nəslin timsalinda şəkillənir, fotoqrafın timsalinda iqtisadi siyasi səhnələrə yeniliklərə baxılır, erməniləri Azərbaycan xalqının başına açdığı oyun əks olunub.
Bilirsiniz ki, Topçubaşovun Parisdə təqdim etdiyi xəritədə hətta Batum, Qars da Azərbaycan torpaqları kimi göstərilir. 

Filmin təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri, KİV nümayəndələri və “Veysəloğlu” şirkətlər qrupunun rəhbər heyəti iştirak ediblər. 

“Veysəloğlu” qrupun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn “Cumhuriyyətin 9 şəkli” bədii-sənədli filminin baş rolunu Azərbaycan Respublikasının xalq artisti Rasim Balayev ifa edib.
Filmdə o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. 

Aktyor oyunu, bədii mətnlə müşayiət olunan foto və video arxiv ilə bərabər rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanamsı Azərbaycan kinosu üçün yeni bir sintez mədəniyyəti formalaşdırır.

Film baba ilə nəvənin timsalında iki muxtəlif baxış bucağının iki müxtəlif yaş nəslinin Azərbaycan Demokratik Respublikasına olan oxşar münasibətidir. Hər iki nəsil oz şanlı tarixinə hörmət edir. Olanları yüksək dəyərləndirir.

Vüsalə Xaməmmədqızı
Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə