Zidan “Real”dan getməsinin səbəbini açıqladı

Zidan “Real”dan getməsinin səbəbini açıqladı
45 yaşlı fransalı mütəxəssis Peresin açıqlamasından sonra geri dönə biləcəyini vurğulayıb

Zinəddin Zidan "Real"dan istefa verməsinin səbəbini açıqlayıb.

O bu addımı dəyişikliyə ehtiyac duyduğu üçün atdığını deyib: "Qərarımı bəzi insanlar başa düşməyə bilər. Amma başa düşülməyən heç nə yoxdur. Klubun uğurlar qazanması üçün dəyişikliyə ehtiyac var idi. Mən də buna görə istefa verdim. Futbolçular da qərarıma hörmətlə yanaşdılar və mənə uğurlar arzuladılar. Həyatımın sonuna qədər "Real"a yaxın olacam. Bu klub mənə hər şeyi verdi".

Klub prezidenti Florentio Peres isə Zidanın bu qərarına hazır olmadıqlarını bildirib: "Zinəddin Zidandan ayrılıq qərarını gözləmirdik. Bu vəziyyətə heç hazır deyildik. Zidan hər zaman örnək insan olub. "Əlvida" demək əvəzinə, "Tezliklə görüşərik" deyirəm. Onun qayıdacağına şübhəm yoxdur".

45 yaşlı fransalı mütəxəssis özü də Peresin açıqlamasından sonra geri dönə biləcəyini vurğulayıb: "Mən də prezidentimə "Tezliklə görüşərik" deyə bilərəm. İki ildən sonra düzgün qərar verdiyimi düşünürəm. Azarkeşlərə də təşəkkür edirəm. Yeni mövsümdə baş məşqçilik etməyəcəm. Özümə klub axtarmıram. Komandada daxili yorğunluq var idi. Güc gündən-günə tükənirdi. Qalsaydım, uğurlar əldə edə bilməyəcəkdim. Ona görə də ayrılıq qərarı verdim. Üzgün olmağa ehtiyac yoxdur, gözəl gündür. Burada hər kəslə gözəl münasibətim davam edəcək".

Xatırladaq ki, Zidan “Real”ı 2016-cı ildən çalışdırırdı. "Kral klubu" onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya La Liqası, bir dəfə İspaniya Super kubokunun qalibi olub.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə