Şəhriyar Məmmədyarov FİDE reytinqində yerini qoruyub

Şəhriyar Məmmədyarov FİDE reytinqində yerini qoruyub
33 yaşlı qrossmeyster 2808 xalla 3-cü pillədə qərarlaşıb

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin iyun ayı üçün yeni reytinq siyahısını açıqlayıb. İlk "100-lük"də Azərbaycanın 6 şahmatçısı yer alıb.

Şəhriyar Məmmədyarov yeni reytinqə əsasən, mövqeyini qoruyub. 33 yaşlı qrossmeyster 2808 xalla 3-cü pillədə qərarlaşıb. FİDE reytinqinə 2843 xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir. İddiaçılar turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana isə 2816 xalla 2-ci yerdədir.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, bir pillə geriləyən Teymur Rəcəbov 2751 xalla 16-cı, üç pillə geriləyən Rauf Məmmədov 2708 xalla 33-cü sıradadır. Arkadi Naydiç 2697 47-ci yerdə qərarlaşıb. O, mövqeyini bir pillə itirib.

Xalını 2666-ya çatdıran Eltac Səfərli 15 pillə irəliləyərək 77-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2654 xalla 99-cı yerdədir. O, bir pillə irəliləyib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə