Zidan istefa verdi

Zidan istefa verdi
Fransalı baş məşqçinin niyə belə qərar qəbul etdiyi dəqiq açıqlanmır

Əfsanəvi futbolçu Zinəddin Zidan “Real Madrid” klubunun baş məşqçisi postundan istefa verib.

Fransalı mütəxəssis mətbuat konfransında istefasını bəyan edib.

Klub rəhbəri Fiorentino Pereslə görüşdən sonra Zidan mətbuat konfransı keçirib və bildirib ki, artıq “Kral klubu”nu çalışdırmayacaq.

Zidanın niyə belə qərar qəbul etdiyi dəqiq açıqlanmır. Fransalı mütəxəssis klubda böyük uğurlara nail olub.

“Real Madrid” Zidanın rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi olub.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə