“Qəbələ” yerli mütəxəssisə tapşırıldı (VİDEO)

“Qəbələ” yerli mütəxəssisə tapşırıldı (VİDEO)
Bölgə klubunun Qurbanov seçimi

Futbol üzrə Azərbaycan kubokunun finalında Keşləyə məğlub olaraq mövsümü titulsuz başa vurmuş Qəbələni bundan sonra Sənan Qurbanov çalışdıracaq.

Həlledici matçdan sonra Roman Qriqorçukla yollarını ayırmış bölgə təmsilçisi 38 yaşlı yerli mütəxəssislə 2 illik müqavilə imzalayıb.

Hələ "Keşlə"yə məğlubiyyətdən sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov bu oyunun klubun gələcək planlarını dəyişməyəcəyini demişdi. Təbii ki, belə olan halda Qriqorçukun potensial əvəzləyicisi barəsində də düşünülmüşdü.

Sadəcə bu məqamın yetişməsi üçün münbit şərait yaranmalı idi. Münbit şərait ukraynalı mütəxəssisin finaldakı uğursuzluğu oldu. Yol üstündə olan baş məşqçi möcüzə gerçəkləşdirə bilmədi. Bundan sonra Qəbələni hazırlıq dövrü və avropa liqasının təsnifat mərhələsinin oyunları gözləyir.

Roman Qriqorçuk avrokubok açarlarını özü ilə apardı. Yeni açarlar o qapılara düşəcəkmi? Bunu zaman gösətərəcək. Hər halda beynəlxalq arenadakı uğurlar 8 komandalı yerli çempionat oyunlarından az önəmli deyil.

Qeyd edək ki, Sənan Qurbanov 2012-ci ilin yayından “Qəbələ”nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. O, 2014-cü ilin dekabrında "Qəbələ"ni baş məşqçi kimi qismində 3 matça çıxarıb. Komanda onun rəhbərliyi altında 1 qələbə, 2 heç-heçə əldə edib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə