Mərkəzi göstərən diqqət mərkəzində (VİDEO)

Hakim Ə.Ağayev tarixə düşdü

FİFA referesi Əliyar Ağayev UEFA-nın birinci kateqoriyalı hakimlər qrupuna yüksəlib.

2013-cü ildə etibarən beynəlxaql oyunlara təyinat alan referi müstəqil Azərbaycan futbolunda bu pilləyə yüksələn ilk hakimimiz kimi tarixə düşüb.

1-ci kateqoriyaya yüksəlmək Əliyar Ağayevin daha mötəbər oyunlara təyinat almasına imkan verəcək.

Təbii ki, bu dərəcəyə yüksəlmək üçün hakimdən yüksək nəzəri biliklər və fiziki hazırlıq tələb olunur.

Nəzərə almaq lazımdır ki, Azərbaycan premyer liqası da səviyyəcə top klubların çıxış etdiyi çempionatlardan xeyli geri qalır.

Belə mühitdə yerli hakimlərin beynəlxalq səviyyədə uğuru sevindirməyə bilməz. 1-ci kateqoriyalı hakimlər arasında ən gənci olan 30 yaşlı Əliyar Ağayev fəaliyyəti sayəsində elit səviyyəyə yüksələ bilər. 

Qeyd edək ki, Əliyar Ağayev 2015-ci ildən UEFA Avropa Liqasının qrup oyunlarına təyinat almağa başlayıb. Referi 2011-2014-cü illərdə Azərbaycan kubokunun 3 final oyununu idarə edib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə