Şeirimizin duzu (VİDEO)

Şeirimizin duzu (VİDEO)
Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür

Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür. Yadıma gəlir, keçən il də onun ad günü Ramazana təsadüf eləmişdi.Və mən bir yazı onun doğum günündə, bir yazı da iyulun 11-də ölüm günündə yazmışdım. Sırf ona görə ki, böyük Mirzə Ələkbərin ən azı bir-iki şeirini əzbərdən bilənlər onun ad gününü, vəfat gününü də yaddaşlarına yazıb, xörək bişirəndə qazana bir çimdik duz atsınlar. Desinlər ki, bu da şerimizin duzu Mirzə Ələkbər Sabirin ruhu üçün olsun.

Hə, onun keçən ilki ad günü də eynən bu ilki kimi Ramazana düşmüşdü. Tutdum orucu İrəmazanda. Qaldı iki gözlərim qazanda…Molla da döyürdü yazı yazanda deyən şair gör neçə ad gününü orucluqda qeyd edib? Əslində Sabir bütün ömrü boyu oruc kimi yaşayıb.

Yəni bir qarnı ac, bir qarnı tox. Amma sözü ağzında elə bişirib çıxarıb ki, elə bir yaradıcılıq nümunələri qoyub ki, milləti mənəvi cəhətdən ac qalmasın.

Amma millətin elə sevgili övladları tapılır ki, bu gün onun yaradıcılığını təftiş edir, onu müzakirəyə çıxarır, Sabirin satira ilə yox, milləti ələ salmaqla məşğul olduğunu deyirlər. Əminəm ki, sağ olsaydı onu təftiş edənlərə satirası ilə cavab verərdi. Töhmət edir qəzetçilər, – məşəri-nası bir belə…

Özlərinin inan ki, yox fəhmü zəkası bir belə…

Allah böyük Sabirə rəhmət eləsin. O dövrünün əngəllərini məahrətlə satiraya çevirib həqiqət püskürən ən ciyərli oğul idi. Ölümü də ciyərdən oldu.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə