Salahdan qayıdış anonsu

Salahdan qayıdış anonsu
Futbolçu “Twitter” hesabında DÇ-də oynayacaği barədə yazıb

İngiltərənin "Liverpul" klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında çiynindən aldığı zədədən sonra yenidən yaşıl meydanlara qayıdacağından danışıb.

O, öz "Twitter" hesabında yazıb ki, bütün çətinliklərə baxmayaraq, Rusiyada olacaq:

"Çox ağır gecə idi, amma mən döyüşçüyəm. Bütün çətinliklərə baxmayaraq, əminəm ki, mənimlə fəxr etməyiniz üçün Rusiyada olacağam. Sizin sevgi və dəstəyiniz mənə ehtiyac duyduğum gücü verəcək", – deyə Salah bildirib.

İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilən Çempionlar Liqasının final matçının ilk yarısında Məhəmməd Salah çiynindən zədə alıb.

Misirli hücumçu Məhəmməd Salah "kral klubu"nun kapitanı Serxio Ramosun müdaxiləsindən sonra zədələnib.

Nəticədə o, oyunu davam etdirə bilməyib və 29-cu dəqiqədə göz yaşları ilə meydanı tərk edib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə