"Qarabağ"dan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

22 yaşlı hücumçu Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcək.

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

Bu barədə klub prezidenti Martin Puxer açıqlama verib. Lakin o, müqavilə üzrə Türkiyə "Trabzonspor"una məxsus Şeydayevlə anlaşmanın detalları barədə açıqlama verməyib.

Avstriya mətbuatı gənc forvardın "Zalsburq"a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb. "Mattersburq" Bundesliqanı 36 oyundan 46 xalla 6-cı pillədə başa vurub.

Qeyd edək ki, Rusiya "Zenit"inin yetirməsi olan Ramil Şeydayev 2016-cı ilin yayında "Trabzonspor"la 4 illik müqavilə bağlayıb. Lakin o, Türkiyə klubunda möhkəmlənə bilmədiyi üçün 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilib. Şeydayev bu komandaların heyətində Slovakiya və Azərbaycan çempionu olub. 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə