Çemponlar Liqasının final oyunu İstanbulda keçiriləcək

Çemponlar Liqasının final oyunu İstanbulda keçiriləcək
Bu gün Kiyevdə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Komitənin iclasında 2019-2020-ci il mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final oyunları, eləcə də 2020-ci il UEFA Superkuboku matçının keçiriləcəyi şəhərlər açıqlanıb.

Belə ki, həmin il Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində, Atatürk Olimpiya stadionunda keçiriləcək. Avropa Liqasının final matçına isə Polşanın Qdansk şəhəri ev sahibliyi edəcək.

Hər iki turnirin qalibi 2020-ci ilin avqustunda Portuqaliyanın Porto şəhərində, "Draqao" stadionunda Superkubokun sahibini müəyyənləşdirəcək.

Xatırladaq ki, 2019-cu ildə Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə